29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Vardanyan Bakıda neft quyusunu ələ keçirmək istəyib

21 fev 2024 07:00
GÜNDƏM
ads
Advertisement

Qarabağda separatçı fəaliyyətinə görə hazırda Bakıda həbsdə olan Ruben Vardanyanın Azərbaycanla bağlı sensasiya sayılacaq planı ortaya çıxıb.

Publika.az
xəbər verir ki, Vardanyan dünyada çirkli pulların yuyulması ilə tanınan “Troyka Dialoq” təşkilatının vasitəsilə Bakıda neft quyularından birini ələ keçirməyə çalışırmış.

Bu məlumat erməni iqtisadçı Tatul Manaseryanın Vardanyanın səhmdarı olduğu “Ameriabank”ın satılması ilə bağlı açıqlamasında ortaya çıxıb. Ermənistanda iddia olunur ki, “Bank of Georgiya”nın “Anmeriabank”ı almasının arxasında Azərbaycan dayanır. Manaseryan bunun ola biləcəyini istisna etmir və uzun illər əvvəl Ruben Vardanyanın planını xatırladır.

“Vardanyan qurduğu “Troyka Dialoq” təşkilatının köməyi ilə Bakıdakı neft quyularından birini almağa çalışıb. Azərbaycan bunun arxasında kimin dayandığını, hansı kapitalın olduğunu anlayıb. Nəticədə onlar bunun qarşısını aldılar. Azərbyacan indi Vardanyanın bankını hədəfə ala bilər”, - erməni iqtisadçı bildirib.

Asif


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur