Türkiyə millisi itki ilə üzləşib.
Publika.az xəbər verir ki, “ay-ulduzlular”ın hücumçusu Ener Ünal AVRO-2024-ün heyətindən çıxarılıb.
Buna “Bormunt”un şərəfini qoruyan forvardının zədələnməsi səbəb olub. 27 yaşlı futbolçunun millinin son məşqində sol ayağının baş barmağı sınıb. Müayinələrdən sonra məlum olub ki, zədə AVRO-2024 ərəfəsində və çempionatın gedişində tam sağalmayacaq.
Qeyd edək ki, Türkiyə millisi Avropa çempionatında F qrupunda Portuqaliya, Çexiya və Gürcüstana qarşı mübarizə aparacaq. Qitə birinciliyi iyunun 14-dən iyulun 14-ə qədər keçiriləcək.