27.04.24 | Bakı 27.03° C |
16:04:37
Lent :

Türkiyə mətbuatında şok iddia: AFFA "Fənərbağça"ya təklif göndərib

16:00 27.03.2024
İDMAN
ads

Türkiyə Superliqasının 30-turunun "Trabzonspor" - "Fənərbağça" matçının sonunda yaşanan qalmaqaldan sonra İstanbul klubunun konqresi çağrılıb. Toplantıda "bülbüllər"in çempionatdan çəkilməsi, hətta başqa ölkəyə üz tutması ilə bağlı üzvlər arasında müzakirələr aparılacaq.

Publika.az xəbər verir ki, "Fənərbağça"nın artıq bir sıra ölkələrin federasiyaları və liqaları ilə danışıqlar apardığı barədə informasiya yayılıb. Daha bir şok, amma inandırıcı olmayan iddia Azərbaycanla bağlıdır.

"Fotospor" nəşrində dərc edilən yazıda AFFA tərəfindən İstanbul klubuna Azərbaycan çempionatında oynamaq təklif edildiyi bildirilib. Güya funskionerlərimiz “Fənər”in rəhbərliyi altında Türk Cümhuriyyətlərinin komandalarından ibarət liqa yaradılmasını təklif ediblər. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistana qədər bütün türk respublikalarından bu liqaya marağın olacağı iddia edilir.

Bildirlir ki, turnirin Türk Cümhuriyyətləri Liqası və ya Türkiyə Çempionlar Liqası adlandırılması təklif edilir.

Heybət


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    27.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Kategoriyalar

    Qutb.az