02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Amerika Kubokunda 1/4 finalın bütün cütləri müəyyənləşdi

03 iyl 2024 09:00
İDMAN
ads
Advertisement

ABŞ-da keçirilən Amerika Kubokunda qrup mərhələsinə yekun vurulub.

Publika.az xəbər verir ki, D qrupunda Braziliya millisi Kolumbiya ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Braziliya yığmasının qolunu cərimə zərbəsindən Rafinya vurub. Kolumbiyalıların heyətində Daniel Munyos fərqlənib.

Bu heç-heçə Braziliyaya D qrupunda ikinci yeri tutmağa və turnirin sonuncu 1/4 finalçısı olmağa imkan verib. Kolumbiya isə hələ ötən tur pley-offa vəsiqəni təmin edib.

Qrupun digər matçında Kosta Rika Paraqvayı 2:1 hesabı ilə məğlub edib.

Bununla Amerika Kubokunda 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.

Argentina - Ekvador (5 iyul, saat 05:00);
Venesuela - Kanada (6 iyul, saat 05:00);
Kolumbiya - Panama (7 iyul, 02:00);
Uruqvay - Braziliya (7 iyul, saat 05:00).

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur