01.05.24 | Bakı 18.03° C |
02:05:22
Lent :

Şahmatçılarımız Avropa çempionatında iştirak edəcəklər

14:44 18.04.2024
İDMAN
ads

Azərbaycanın qadın şahmatçıları aprelin 19-da Yunanıstanın Rodos adasında keçiriləcək şəxsi Avropa çempionatında iştirak edəcəklər.


Modern.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qitə birinciliyində Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova və Səbinə Rzalı mübarizə aparacaq.


10 turdan ibarət yarışa aprelin 29-da yekun vurulacaq.


Qeyd edək ki, 2022-ci ildə Günay Məmmədzadə Avropa çempionatında gümüş, Ülviyyə Fətəliyeva isə bürünc medal qazanıb.

TEGLƏR
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    114 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    18.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az