21.05.24 | Bakı 24.03° C |
16:05:12
Lent :

Ayı hücumu həyəcanı: Süni intellekt işə salınacaq

00:00 01.05.2024
GÜNDƏM
ads

Ötən il Yaponiyada ayı hücumları nəticəsində 6 nəfər ölüb, 200-dən çox insan yaralanıb. Rekord sayda hücumdan sonra ölkə süni intellektli ayı xəbərdarlıq sistemini sınaqdan keçirəcək.

Publika.az xəbər verir ki, pilot layihə nəticəsində insanlara yaxın ərazilərdə hərəkət edən ayıları aşkar etmək mümkün olacaq. Bunula yanaşı müvafiq yerli hakimiyyət orqanlarına, polisə və ovçulara dərhal xəbərdarlıqlar göndəriləcək.

Süni intellektdən həmçinin ayıların hərəkət nümunələrini izləmək və gələcəkdə harada olacaqlarını təxmin etmək üçün istifadə olunacaq.

Plan müvəffəq olarsa, ölkənin digər yerlərinə də tətbiq olunacaq. Ötən il 19 əyalətdə ayı hücumları nəticəsində 200-dən çox xəsarət və 6 ölüm hadisəsi qeydə alınıb. Bu, ümummilli məlumatlar əldə olunduqdan sonra qeydə alınan ən yüksək rəqəmlərdir.

Mütəxəssislər hesab edirlər ki, digər amil kəndlərdə səs-küyün azalması ayıların sayını çoxaldır. Bunlardan biri də uşaqların sayının davamlı azalmasıdır.

Aysel Şahmar


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    117 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    24.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az