22.05.24 | Bakı 12.03° C |
06:05:45
Lent :

Gürcüstan Prezidenti DİN-i zorakılığa son qoymağa çağırdı

02:00 01.05.2024
GÜNDƏM
ads

Gürcüstan Prezidenti Salome Zurabişvili daxili işlər naziri Vaxtanq Qomelauriyə müraciət edərək dinc nümayişlərin yatırılmasına son qoymağa çağırıb.

Publika.az xəbər verir ki, bu barədə prezident öz sosial şəbəkə hesabında yazıb.

“Daxili işlər nazirinə müraciət edirəm ki, dinc nümayişin dağıdılmasına, qeyri-mütənasib güc tətbiqinə, əliyalın gələn gənclərə qarşı zorakılığa dərhal son qoysun.

Mən ombudsmana müraciət edirəm ki, xüsusi təyinatlıların bütün əsassız və qanunsuz hərəkətlərinin dayandırılması üçün dərhal reaksiya versin”, – o qeyd edib.

Prezident vurğulayıb ki, “aksiya dinc şəraitdə keçib, heç bir təhlükə yaratmayıb, asayiş üçün təhlükə olmayıb”.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    117 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    12.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az