21.05.24 | Bakı 19.03° C |
22:05:19
Lent :

Tbilisidə polislə etirazçılar arasında QARŞIDURMA: xəsarət alanlar var

00:00 01.05.2024
GÜNDƏM
ads

Gürcüstanın hüquq-mühafizə orqanları Tbilisidə parlament qarşısında xarici agentlərlə bağlı qanun layihəsinə etiraz edənlərə qarşı bibər qazından istifadə etməyə başlayıblar.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, qarşıdurma zamanı hər iki tərəfdən xəsarət alanlar olub. Zərərçəkənlər arasında media nümayəndələri də var. Onlara təcili tibbi yardım briqadaları tərəfindən yerində yardım göstərilir.

Son məlumata görə, polis və xüsusi təyinatlılar toqquşmalara səbəb olan insanları parlament binasının arxa hissəsindən uzaqlaşdırmağa çalışır. Hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından istifadə edirlər. Hazırda insanlar tədricən Gürcüstan parlamentindən uzaqlaşdırılır.

Qeyd edək ki, aprelin 30-da Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında xarici agentlər haqqında qanuna qarşı növbəti mitinq başlayıb.

Aprelin 30-da günortadan sonra gürcü deputatlar xarici agentlər haqqında qanuna ikinci oxunuşda baxmağa başlayıblar. Qanunvericilər çox vaxt aparan sənədin maddə-maddə müzakirəsini aparmaq niyyətindədirlər. Bununla bağlı iclas növbəti gün də davam edə bilər.

Bir gün əvvəl Gürcüstan parlamentinin hüquq komitəsi xarici agentlər haqqında qanunu ikinci oxunuşda təsdiqləyib. Sənədə baxılması 10 saata yaxın davam edib və iqtidar və müxalifət nümayəndələri arasında "atışmalar"la müşayiət olunub.

Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanuna qarşı mitinqlərin davam edəcəyinə ümid etdiyini bildirib.

Hüseyn İbadlı


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    117 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    19.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az