16.05.24 | Bakı 16.03° C |
09:05:46
Lent :

Çempionlar Liqasının qalibinin bu macərası başa çatdı

18:00 29.04.2024
İDMAN
ads

Tyaqo Silva mövsümün sonunda "Çelsi"ni tərk edəcək.

Publika.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı braziliyalı 2020-ci ilin avqustundan "mavilər"in heyətində çıxış edir. 151 oyuna çıxdığı "zadəganlar" ilə Silva Çempionlar Liqası, Klublararası Dünya Kuboku və UEFA Super Kubokunun qalibi olub.

Müdafiəçi “Çelsi” azarkeşləri üçün videomüraciət yayımlayıb və bir gün kluba yeni vəzifədə qayıdacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü karyerası ərzində "Milan" və PSJ kimi nəhəng klublarda da çıxış edib.

Heybət


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    16.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az