Martın 7-də Moldova prezidenti Maya Sandunun Fransa paytaxtına səfəri zamanı Paris və Kişinyov müdafiə və iqtisadi əməkdaşlıq haqqında saziş imzalanacaq.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Fransa Prezident Aparatından verilən açıqlamaya görə, səfər zamanı müdafiə sahəsində əməkdaşlıq haqqında saziş və iqtisadi əməkdaşlıq üçün yol xəritəsi imzalanacaq. Digər təfərrüatlar verilmir.
Xəbərdə deyilir ki, Makron Sandu ilə Moldovanın müstəqilliyi, suverenliyi və təhlükəsizliyinə Parisin dəstəyini təsdiq edəcək.
Sandunun səfəri ilə paralel olaraq Qərb dövlətləri Fransanın təşkilatçılığı ilə Ukraynaya, eləcə də Moldovaya dəstəyin artırılmasını müzakirə etmək üçün onlayn konfrans keçirəcəklər.
Tural