PSJ-nin yarımmüdafiəçisi Vitinya Portuqaliya millisindəki komanda yoldaşı, “Əl-Nəsr”ın hücumçusu Kriştiano Ronaldonun qarşıdan gələn dünya çempionatında çıxış edəcəyinə əmin olduğunu bildirib.
QÜTB.AZ xəbər verir ki, o, bu barədə “Le10Sport”a danışıb:
“Kriştiano 39 yaşındadır və hələ də milli komandadakı çıxışını davam etdirir. Belə idman uzunömürlülüyünün heç bir izahı yoxdur.
Düşünürəm ki, söhbət onun karyerası boyu səhər, axşam, hər gün gördüyü hər şeydə özünü göstərən peşəkarlıqdan gedir. Bu inanılmazdır. Bunun ona nə qədər zəhmət və fədakarlıq bahasına başa gəldiyini təsəvvür edə bilirəm.
Onunla oynamaq imtiyazdır. Uşaq vaxtı bir gün onun yanında oynamağı xəyal edirdik və bu, reallığa çevrildi. Xoşbəxtlikdən bir neçə il Ronaldo ilə oynamaqdan həzz almaq imkanım oldu. Təbii ki, o, 2026-cı il dünya çempionatında olacaq, təslim olmayacaq”.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Meksika və Kanadada keçiriləcək.