ABŞ Prezidenti Co Bayden Pensilvaniyada seçki kampaniyası zamanı sui-qəsd cəhdindən sağ çıxan Ağ Evin keçmiş rəhbəri Donald Trampla telefon danışığı aparıb.
Publika.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Lakin iki siyasətçinin telefon danışığının təfərrüatları barədə məlumat verilmir.
Amerika lideri Pensilvaniya qubernatoru Coş Şapiro ilə də danışıb. Bundan əlavə, Bayden keçmiş prezidentin həyatına sui-qəsdin baş verdiyi Batler şəhərinin meri Bob Dandoy ilə də söhbət edib.
Baydenin Trampa hücumu pisləməsi isə saat yarım çəkib.
Sözügedən hadisə iyulun 14-də baş verib. Seçki kampaniyası zamanı Tramp naməlum şəxs tərəfindən güllələnib.
Respublikaçı prezidentliyə namizəd qulağı qan içində mühafizə xidməti tərəfindən səhnədən kənarlaşdırılıb.
Mitinq meydançasının kənarından uzaq məsafədən atəş açan atıcı məhv edilib.
Hüseyn İbadlı