“Mançester Siti”də çıxış edən “Qızıl top”un sahibi Rodri gələcəyini İngiltərədən kənarda düşündüyü üçün “Barselona” və “Real” arasında seçim edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Yarımmüdafiəçinin cari mövsümün sonunda “Mançester Siti”dən ayrılmaq fikrində olduğu bildirilir. Oyunçunun qərarına Pep Qvardiolanın ehtimal olunan gedişi, İngiltərə Premyer Liqasının mümkün intizam tədbirləri və yeni peşəkar çağırışlar istəyi də daxil olmaqla müxtəlif amillər təsir edir.
Bildirilir ki, Rodri La Liqaya qayıtmaq istəyir və hər iki top klub onunla maraqlanır. Rodrinin özü artıq qərar verib. “Mançester Siti”dən ayrılsa, karyerasını “Barselona”da davam etdirmək istəyir. İspaiyalı futbolçu hesab edir ki, “Barsa”nın oyun tərzi onun seçimlərinə daha çox uyğun gəlir və ən cəlbedici layihə kimi görünür.
Bundan əlavə, yarımmüdafiəçinin fikrincə, “Real”a keçmək onun futbolçu karyerasına başladığı “Atletiko”ya xəyanət olar.