“Əslində sonunu bilirdik..."
Müəllimlərin işə qəbulu (MİQ) imtahanları ilə bağlı narahatlıq doğuran əsas məsələlərdən biri də iştirakçılara imtahan suallarının təqdim olunmamasıdır.
İmtahanda iştirak edən edən müəllimlər bildirirlər ki, sualların həcminin uzun və yaddaqalan olmaması apellyasiya prosesində çətinlik yaradır. Suallar yalnız imtahan zamanı sistem üzərindən cavablandırılır və təsdiqləndikdən sonra onlara yenidən baxmaq mümkün olmur.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Təhsil İnstitutundan Qutb.az-ın sorğusuna cavab olaraq bildirilib ki, imtahan sonunda hər bir imtahan iştirakçısının sualların cavabına baxmaq üçün müəyyən qədər zamanı olur.
Qeyd edək ki, bu il müəllimlərin işə qəbul (MİQ) imtahanları iyulun 3-dən 10-dək təşkil olunub.
Aytac Bəhruzqızı