31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Bu ölkədə elektrik enerjisinin satış qiyməti ARTIRILIR

20 avq 2024 21:00
DÜNYA
ads

Misir Beynəlxalq Valyuta Fondu (BVF) ilə razılaşma çərçivəsində elektrik enerjisinin qiymətini 50 faizədək artırır.

QÜTB.AZ xəbər verir ki, artan enerji qiymətləri oktyabr ayının 1-dən tətbiq olunacaq. “Reuters” bildirir ki, artım 14,45-50 faiz təşkil edəcək.

Tariflərin artırılması yayın əvvəlində qüvvəyə minməli olsa da, təxirə salınıb. Ölkə binaların soyudulmasına artan tələbatla əlaqədar olaraq ciddi elektrik enerjisi qıtlığı ilə üzləşib.

Misir ardıcıl istilik dalğaları ilə daha da gərginləşən enerji təchizatında fasilələrə son qoymaq üçün təxminən 1,2 milyard dollar dəyərində mazut və təbii qaz idxal etməlidir. Ölkədə elektrik enerjisinin böyük hissəsi təbii qazdan əldə edilir.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur