Gürcüstan hökuməti Tsxaltubo kurortunda yerləşən 14 sanatoriyanı satışa çıxaracaq.
Obyektlərin ümumi dəyəri 50 milyon lari (təxminən 16 milyon ABŞ dolları) təşkil edir.
Hökumətin "Tsxaltubonun yeni həyatı" layihəsi çərçivəsində kurortun bərpası nəzərdə tutulub və bu işlərə 500 milyon lari (təqribən 166 milyon ABŞ dolları) həcmində investisiya yönəldiləcək. Məqsəd Tsxaltubonu dünya səviyyəli müasir balneoloji kurorta çevirməkdir.
Sovetlər dövründə Tsxaltuboda 19 sanatoriya və pansionat inşa edilib. 1991-ci ildə SSRİ-nin süqutundan sonra sanatoriya obyektləri istifadəsiz qalıb və əksər binalarda Abxaziyadan olan qaçqınlar məskunlaşıb.aşıb.