"Avropa İttifaqı (Aİ) xarici agentlər haqqında qanuna görə Gürcüstana qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil, lakin bunun ölkənin Aİ-yə üzvlüyünə zidd olduğunu Tbilisiyə çatdırmağa çalışır".
Publika.az xəbər verir ki, bu sözləri Aİ-nin yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə müsahibəsində bildirib.
"Biz cəza tədbirlərindən danışmırıq. ABŞ-lilər kimi sanksiyalar tətbiq edək? Onların danışıqları prosesi yoxdur. Düşünməyin ki, biz Gürcüstanı bir qanuna görə cəzalandırırıq. Onlar Aİ-yə daxil olmaq istədiklərini deyirlər, lakin eyni zamanda bunu edirlərOnlar düşünürlər ki, hər ikisini edə bilərlər. Bizim buna cavabımız isə belədir: Yox", - deyə Aİ rəsmisi bildirib.