Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
Publika.az xəbər verir ki Azərbaycan çempionu “Qarabağ” da meydana çıxacaq. Ağdam klubu Bakıda Cəbəllütariq təmsilçisi “Linkoln” ilə üz-üzə gələcək.
Qarşılaşma 20:00-da start götürəcək. İlk görüşdə rəqibinə 2 cavabsız qolla qalib gələn Qurban Qurbanovun komandası bu matçın da aşkar favoriti hesab edilir.
Qeyd edək ki, mərhələ adlayacaq tərəf üçüncü turda “Ludoqorest” (Bolqarıstan) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. Bu iki cütün məğlubları isə UEFA Avropa Liqasında üz-üzə gələcəklər.
UEFA Çempionlar Liqası: II təsnifat mərhələsi, cavab oyunu
30 iyul
20:00 Qarabağ - Linkoln (İlk oyun - 2:0)
Baş hakim: Yakob Sandberq (Danimarka)
Tofiq Bəhramov adına Respublika stadionu.
Heybət