“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov İngiltərə Premyer Liqasında çıxış etmək fürsətinin olduğunu etiraf edib.
Publika.az xəbər verir ki, 32 yaşlı qolkiper bu barədə Sergey Tırtışnının “YouTube” kanalında bildirib.
“İngiltərədə oynamaq istərdimmi? Çox. Bir dost dedi ki, “Nyukasl”a keçmək, orada üçüncü və ya dördüncü qapıçı olmaq imkanı var. Dedi ki, onların iki təcrübəli qapıçısı var, amma üçüncü qapıçı yoxdur. Mən imtina etdim”, - Lunyov deyib.
Qeyd edək ki, 2023-cü ilin avqustunda "Qarabağ"a keən Andrey Lunyovun hazırkı müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.