Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.
Publika.az xəbər verir ki, mərasim UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutub. Tədbirdə avrokuboklardakı yeganə təmsilçimiz "Qarabağ"ın da rəqibi müəyyənləşib.
Azərbaycan futbolu tarixində ilk dəfə avrokubokların 1/8 final mərhələsində mübarizə aparacaq Ağdam klubunun bu raunddakı rəqibi Almaniya təmsilçisi "Bayer Leverkuzen" olacaq.
Qeyd edək ki, 1/8 finalın ilk görüşü mart 7-də Bakı, cavab oyunu isə 1 həftə sonra Leverkuzendə baş tutacaq.
Heybət