"Qarabağ"dan ayrılan rusiyalı qapıçı Andrey Lunyov azarkeşlərə təşəkkür edib.
Publika.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən 32 yaşlı qolkiper Ağdam klubunda olduğu müddətdə tərəfdarlarının ona böyük dəstək verdiyini söyləyib.
"Əziz azarkeşlər, bu mövsum, bizə bəxş etdiyiniz sevinc dolu anlara görə hamınıza təşəkkür edirəm! Biz də öz növbəmizdə çalışırdıq ki, sizə təşəkkürümüzü eyni formada bildirək. Uğur və uğursuzluq dövründə həmişə yanımızda oldunuz. Səfər etdiyimiz bütün ölkələrdə bizə dəstək oldunuz, bu da bizə əlavə güc, enerji verirdi. Bütün qəlbimlə sizə təşəkkür edirəm. Gələcəkdə də "Qarabağ"ı belə dəstəkləməyinizi arzulayıram. Futbolçuların buna ehtiyacı var. Uğurlar diləyirəm!", - deyə o bildirib.
Qeyd edək ki, 2023-cü ildən "köhlən atlar"da çıxış edən Lunyov bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Andrey “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.