Kape Verde millisinin düşərgəsində olan “Qarabağ”ın futbolçusu Patrik Andrade zədələnib.
Publika.az xəbər verir ki, belindəki ağrılar səbəbindən Andrade milli komandası ilə ardıcıl ikinci məşqi də buraxıb.
Əlavə edək ki, Kabo-Verde yığması yanvarın 14-də başlayacaq Afrika Millətlər Kubokunun oyunlarına hazırlaşır.
Andradenin komandası yanvarın 15-də Qana ilə qarşılaşacaq. Ondan əvvəl isə Tunislə sabaha planlaşdırılan yoldaşlıq oyunu keçirəcək.