PSJ prezidenti Nasser Əl-Xelaifi komandasının keçmiş futbolçusu Lionel Messi haqqında danışıb.
Publika.az xəbər verir ki, qətərli funksioner argentinalı hücumçunun Paris klubundan ayrıldıqdan sonra sərgilədiyi davranışdan narazı qaldığını bildirib:
“Ona böyük hörmətim var, amma getdikdən sonra kim PSJ haqqında pis danışmaq istəyirsə, bu səhvdir. Söhbət hörmətdən getmir. O, gözəl oğlandır, amma bu, mənim xoşuma gəlmir. Deyim ki, sözlərim təkcə ona aid deyil”.
Xatırladaq ki, Messi Paris komandasından ayrıldıqdan sonra Fransadakı iki ilin onun üçün çətin keçdiyini bildirmişdi.
Argentinalı superulduz PSJ-nin heyətində ümumilikdə 75 oyun keçirib, 32 qol vurub və 35 məhsuldar ötürmə edib. Eyni zamanda, o, Fransa təmsilçisi iki iki dəfə Liqa1-in və bir dəfə isə ölkə kubokunun qalibi olub.
Heybət