29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Osmanlı Sultanlarının dualı köynəkləri Romada sərgiləndi

07 iyn 2024 05:43
GÜNDƏM
ads

Romadakı Yunus Emre İnstitutunun (YEE) Türkiyə Mədəniyyət Mərkəzində “Dualı köynəklər” (“Dualı Gömlekler”) adlı sərgi açılıb. Ekspozisiyada Osmanlı Sultanların müharibələrdə qələbə çalmaq və bədnəzərdən qorumaq üçün geyindiyi dualı köynəklər nümayiş olunur.

QUTB.AZ  xarici mediaya istinadla xəbər verir ki, İtaliyanın paytaxtı Romada keçirilən sərgidəki ekspozisiya çərçivəsində xəttat, elmlər doktoru Mehmet Vanlıoğlu, işıq üzrə rəssam Ayşe Vanlıoğlu və 13 nəfərdən ibarət komanda tərəfindən hazırlanmış 30 iş təqdim olunub.

Sərginin açılışında çıxış edən YEE-nin Romadakı Türkiyə Mədəniyyət Mərkəzinin direktoru Zafer Kıyıcı bildirib ki, sərginin təşkilatçıları Yaponiya, Albaniya, daha sonra isə Romadakı incəsənətsevənlərə Osmanlı Sultanlarının geyindiyi dualı köynəkləri təqdim etməkdən çox şad olub.

İşıq üzrə rəssam Ayşe Vanlıoğlu bildirib ki, komanda türk sultanlarının zirehlərinin altından geydikləri ornamentli naxışlı və dua yazıları olan köynəklərini yaratmaqla Osmanlı dövrünün tarixi koloritini ötürmək istəyib.

“Bir çox ölkədə və Türkiyənin bir neçə şəhərlərində sərgilər keçirdik və onlar böyük diqqət çəkdi. İndi Romaya gəldik”, - deyə Ayşe Vanlıoğlu bildirib.

Rəssam eyni zamanda tədbirin İtaliyada keçirilməsinin vacibliyini qeyd edib.

“Əlbəttə ki, tarixi əlaqə olduqda, bu, bizi daha da həyəcanlandırır. Məsələn, ekspozisiyada Cem Sultanın köynəyi var. Cem Sultanın burada həbsdə olduğunu bilirik. Onun köynəyi sahibini heç vaxt tapmayıb”, - deyə o qeyd edib.

Öz növbəsində xəttat Mehmet Vanlıoğlu bildirib ki, onun komandası 10 il boyunca sərgilərlə məşğul olub: “Biz əcdadlarımızın mədəniyyətini gənclərə ötürdüyümüz üçün çox şadıq”.

Həndəsi formalara və mənalı motivlərlə yanaşı köynəklərdə hədislər və surələr də var. Bundan əlavə, köynəklər incəsənət və estetika baxımından unikal əhəmiyyətə malikdir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur