Portuqaliya millisinin müdafiəçisi Pepe Avro-2024-ün qrup mərhələsinin Çexiya ilə ilk tur matçında meydana çıxmaqla rekorda imza atıb
Publika.az xəbər verir ki, o, turnir tarixinin ən yaşlı oyunçusu olub. Pepe Çexiya ilə görüşdə 41 yaş 113 günlüyündə iştirak edib. Portuqaliyalı futbolçu macar qapıçı Qabor Kirayı (40 yaş 86 gün) qabaqlayıb.
Qeyd edək ki, Avropa çempionatları tarixində üçüncü ən yaşlı futbolçu Pepenin həmyerlisi və sözügedən görüşün iştirakçısı Kriştiano Ronaldodur – 39 yaş 134 günlük.