Bu səhər Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində dəmir yolu vağzalında partlayış olub. Nəticədə azı 21 nəfər ölüb, 30 nəfər yaralanıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.
"Bu, bir sui-qəsdçi tərəfindən törədilən partlayışa bənzəyir, lakin bu barədə əmin olmaq üçün hələ tezdir", - baş polis müfəttişi Məhəmməd Bəluç bildirib.
Partlayış stansiyada Jaffar Express qatarının Kvettadan Pişəvərə yola düşəcəyi vaxt baş verib. Bir neçə qurbanın vəziyyəti ağır olduğundan, partlayış nəticəsində ölənlərin sayı arta bilər.
Hadisə yerinə polis və təhlükəsizlik qüvvələri gəlib. Xəstəxanalarda fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Adəm Abbaslı