Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesabında paylaşım olunub.
“Prezident Muxtar Babayev və COP29 komandası BMT-də Yer Günündə Baş katib Antonio Quterreşlə görüşüb. Biz tərəfləri bir araya gətirmək, keçmiş vədlərin hamısının yerinə yetirilməsini təmin etmək və 1,5 ºC-lik istiləşməni saxlamaq məqsədilə hərəkətə keçmək üçün birlikdə işləmək əzmindəyik”, – paylaşımda qeyd edilib.