Çərşənbə axşamı Rusiya Federasiyası və Macarıstanın xarici işlər nazirləri - Sergey Lavrov və Peter Siyarto arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Danışıqların Macarıstan tərəfinin təşəbbüsü ilə aparıldığı bildirilir.
Qeyd edilib ki, nazirlər “Ukrayna böhranı”nı müzakirə ediblər və Kiyevin ölkədə yaşayan milli azlıqların nümayəndələrinin “hüquqlarını qeyd-şərtsiz təmin etməsinin” vacibliyini vurğulayıblar. Dialoq Macarıstan departamenti tərəfindən yüksək qiymətləndirilib.
Xatırladaq ki, Macarıstanın Baş naziri Viktor Orban bu gün səhər saatlarında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə gəlib. O, görüş zamanı ukraynalı həmkarına Rusiya lideri Vladimir Putinlə danışıqlar masasına oturmağı təklif edib.
Hüseyn İbadlı