10.12.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Rusiyaya zəng etmək qadağan oluna bilər

10 dek 2025 07:00
DÜNYA
ads
Advertisement

Rusiyada telefon və internet fırıldaqçılığına qarşı görülən tədbirlər çərçivəsində “qeyri-dost ölkələrdən” daxil olan telefon zənglərinin qadağan edilməsi müzakirə olunur.

Qutb.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin İnsan Haqları Şurasının (SPÇ) üzvləri ilə görüşündə məlumat verib.

Putinin sözlərinə görə, bu təklif Şura tərəfindən irəli sürülüb.

Prezident bildirib ki, söhbət yalnız fırıldaqçılıq məqsədilə həyata keçirilən zənglərin bloklanmasından gedir, həmçinin dövlət qurumları, banklar və mobil operatorların vətəndaşlarla ünsiyyətində daha dəqiq qaydalar müəyyənləşdirilir.

“Bu çərçivədə qeyri-dost dövlətlərin ərazisindən həyata keçirilən, cinayət məqsədi daşıyan zənglərin bloklanması, zənglərin markalanması və dövlət orqanları ilə rabitə sahəsində çalışanların müştərilərlə davranışına dair əlavə tələblər nəzərdə tutulur. Hökumət bütün bu təklifləri nəzərə alır və tətbiq edir”, — deyə Putin bildirib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur