Çinli fiqurlu konkisürən Liu Xinyu qalmaqalla gündəmə gəlib.
Publika.az xəbər verir ki, idmançının sosial şəbəkələrdəki profili sındırılıb, bundan sonra onun səhifəsində zorlama və pedofiliya ittihamları dərc edilib. Profili hek edən şəxs qurbanlar və onların valideynlərindən hadisələrə dair sübutlara malik olduğunu söyləyib.
Liu Xinyu yarışlar zamanı tələbələri ilə cinsi əlaqədə olmaqda ittiham olunur. Üstəlik, qızlardan biri azyaşlı olub. Digəri isə münasibətdən sonra psixoloji sarsıntı keçirdiyini bildirib.
29 yaşlı Liu Xinyu buz rəqsi üzrə yarışlarda iştirak edir. O, partnyoru Vanq Şiyue ilə dörd dəfə Çin çempionu olub. Həmçinin 2018 (22-ci yer) və 2022-ci (12-ci yer) il Olimpiya Oyunlarında iştirak edib.
Heybət