Əfsanəvi amerikalı boksçu Mayk Tayson baş-başa döyüşmək arzusunda olduğu rəqibin adını çəkib.
Publika.az xəbər verir ki, “Dəmir Mayk” seçimini Floyd Meyvezerdən yana edib:
“Arzuladığım qərib kimdir? Floyd Meyvezer. Mən həqiqətən onunla döyüşmək istəyərdim. Kaş o mənim çəkimdə olsaydı”.
Floyd Meyvezer peşəkar rinqdə 50 döyüş keçirib və 50 qələbə qazanıb.
Qeyd edək ki, 57 yaşlı Tayson noyabrın 15-də Arlinqtonda (ABŞ) bloger Ceyk Polla döyüşəcək.