İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan geri çağırılıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin rəhbəri İsrael Katz bildirib.
Onun sözlərinə görə, bu qərar BMT-nin 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının silahlı tərəfdarları tərəfindən törədilmiş cinsi zorakılığa dair hesabatı susdurmağa çalışması ilə əlaqəlidir. Gilad Erdan məsələ ilə bağlı məsləhətləşmələr üçün Nyu-Yorkdan geri çağırılıb.