“Barselona”, “Milan” və Niderland millisinin sabiq futbolçusu Patrik Klyuvert İndoneziya millisinə rəhbərlik edəcək.
QÜTB.AZ xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər arasında 2+2 illik müqavilə imzalanıb. Yanvarın 12-də mütəxəssisin rəsmi təqdimat mərasiminin keçiriləcəyi bildirilir.
Klyuvertin son iş yeri Türkiyənin “Adana Dəmirspor” klubu olub. O, 2 il Kyurakao millisini çalışdırıb. Klyuvert futbolçu karyerası ərzində "Ayaks", "Milan", "Barselona", "Nyukasl", "Valensiya", PSV və "Lill" kimi komandalarda çıxış edib.
Qutb