"Avrora Qrup" böyüməkdə olan satış komandasına namizədlərin dəyərləndirilməsi üçün Bakı və Regionlarda (Bərdə filialı) 23 dekabr 2024-cü ildə "Açıq qapı" günü təşkil edəcək. İşə qəbul üçün rəhbər və mütəxəssis vakansiyaları üzrə "satış üzrə bölmə rəhbəri", "satış üzrə nümayəndə" və "merçendayzer" vəzifələrinə müraciətlər qəbul edilib, müsahibə təşkil ediləcək.
Əgər siz də 2025-ci ildən Azərbaycanın distribüsiya, istehsalçı və pərakəndə sahəsində aparıcı şirkəti olan Avrora Qrup-da çalışmaq istəyirsinizsə açıq qapıda iştirak etməyə tələsin. Avrora ailəsinə qoşulmaqla əmək bazarında rəqabətli əmək haqqı qazanaraq, davamlı inkişaf edən bir komandanın üzvü ola bilərsiniz!
Maraqlanan şəxslərin qeyd edilən tarixdə Avrora Qrup baş ofisinə yaxınlaşması xahiş olunur. Avrora ailəsinə qoşularaq siz də parlaq gələcəyin bir hissəsi olun!
Ünvan: Bakı şəhəri, Aşıq Molla Cümə küç. 46 C;
Region üçün ünvan: Bərdə şəhəri, Sənaye küçəsi, Çuğundur zavodunun yaxınlığı;
Tarix: 23.12.2024
Saat: 10:00-16:00