Türkiyənin Aydın vilayətində baş verən meşə yanğınının söndürülməsində iştirak edən Muğla Meşə Müdirliyinə məxsus təyyarə Bafa gölündən su götürərkən qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, təyyarənin burun hissəsi suya batıb.
Muğla valisi İdris Akbıyık açıqlamasında bildirib ki, təyyarə texniki nasazlıq səbəbindən Bafa gölünə düşüb. Onun göyərtəsində üç nəfər - iki pilot və bir zabit olub. Onlar jandarma qüvvələri və mülki vətəndaşlar tərəfindən xilas ediliblər.