İsrail Fələstinin HƏMAS hərəkatı ilə münaqişədə mütləq qələbə çalmaq üzrədir.
Publika.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Biz tam qələbə çalmaq yolundayıq. Biz artıq HƏMAS-ın "dördüncü şəxsi"ni aradan qaldırdıq. Birinci, ikinci və üçüncü adamları isə “artıq yoldadır”. Ən sonuncularına qədər gedəcəyik. Onların hamısı ölü adamlardır", - deyə israilli diplomat vurğulayıb.
Qeyd edək ki, martın 7-də Netanyahu döyüş zonasını genişləndirməyi planlaşdırdıqlarını açıqlayıb. O, Qəzza zolağında aparılan hərbi əməliyyatın tezliklə Rəfah şəhərinə də keçəcəyini qeyd edib.