Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Qalatasaray"ın hücumçusu Mauro İkardini bir oyunluq cəzalandırıb.
Publika.az xəbər verir ki, argentinalı hücumçu Superliqanın 26-cı turunda "Ankaragücü" ilə matçda rəqib azarkeşlərə qarşı etdiyi qeyri-etik hərəkətə görə bu cəzaya məruz qalıb. O, həmçinin, 19.500 TL (təqribən 1065 manat) cərimə də olunub.
İkardi Superliqanın 27-ci turunda "Antalyaspor"la bu gün keçiriləcək qarşılaşmanı buraxacaq.
Heybət