"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala kumiri, argentinalı Lionel Messi haqqında maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, 21 yaşlı futbolçu argentinalı superulduzun formasını ala bilməməsi ilə bağlı maraqlı əhvalat danışıb:
“Messi uşaqlıqdan bəri mənim kumirim olub. Leonun və Neymarın oyununa baxaraq böyümüşəm. Onlar mənim sevimli futbolçularımdı. Messinin qolları necə vurduğunu və ya Neymarın topla necə fəndlər etdiyini öyrənməyə çalışır, sonra isə onları təqlid etməyə çalışırdım.
"Bayern" Çempionlar Liqasında PSJ ilə oynayanda ilk matçdan sonra Alfonso Deyvis Leonun formasını götürdü, mən isə Neymarla dəyişdim. Sonra cavab oyununda Messi ilə dəyişmək istədim, amma o dedi ki, gəl bunu sonra edək...
Hamısı budur. Azarkeşlərlə qələbəni qeyd edərkən əyləndik, ona görə də paltardəyişmə otağına gecikdim. Narahat etməmək üçün daha PSJ-nin paltardəyişmə otağına girmək istəmədim. Bundan sonra bir daha Leodan forma haqqında soruşmadım və heç vaxt almadım. Bu, taleyin zarafatı idi”.
Heybət