Rusiyanın bir çox regionlarında rusiyalı istifadəçilər bir sıra operatorlarla mobil internetin nasazlığından, həmçinin bəzi xidmət və saytlara girişdə problemlərdən şikayətlənirlər.
Publika.az "Kommersant"a istinadla xəbər verir ki, "Downradar" xidməti, MTS və "Megafon" operatorlarının işi ilə bağlı şikayətləri qeyd edir.
İstifadəçilər daxil olmaqda problem olan resurslar arasında istifadəçilər "Yandex", "VKontakte" və "Ozon"nun adlarını çəkirlər. Bundan başqa, iri bankların və bazarların internet saytlarının fəaliyyətindən də şikayətlər var. Xaricdəki istifadəçilər üçün də rus saytlarına girişlə bağlı problemlər yaranır.
"Megafon" operatoru RBC-yə bildirib ki, trafikin həcmi azalıb, lakin problem "Megafon" şəbəkəsində deyil.
"Beeline" operatorun şəbəkəsinin normal işlədiyini və mümkün nasazlıqların "Beeline"ın məsuliyyətindən kənarda olduğunu bildirdib.
“Durov Code” "Telegram" kanalı "RU" domen zonasında geniş miqyaslı nasazlıq haqqında yazır .
"Daxili domen zonasında domen adlarının həlli ilə bağlı problemlər var - kobud desək, DNSSEC-in dağılması. Bu səbəbdən hazırda "RuNet"də yüzlərlə xidmət və sayt sıradan çıxır", - deyə kanal bildirir.
"Network Freedoms" xatırladır ki, Rusiya hakimiyyət orqanları ölkədəki bütün istifadəçiləri milli DNS serverinə köçürməyə çalışacaqları barədə çoxdan xəbərdar ediblər və belə qənaətə gəlirlər ki, çox güman ki, indi baş verənlər də onunla bağlıdır.
Milli domenləri idarə edən "RU/РФ" Domenləri üzrə Koordinasiya Mərkəzi qlobal DNSSEC infrastrukturu ilə bağlı problemin olduğunu təsdiqləyib.
Rəqəmsal İnkişaf Nazirliyi də "RU" zonasında qlobal DNSSEC infrastrukturu ilə bağlı texniki problemin yarandığını təsdiqləyib və "RU" zonasındakı saytlara girişin yaxın gələcəkdə bərpa ediləcəyini bildirib.
Hüseyn İbadlı