"İnter Mayami"nin hücumçusu Lionel Messi futbolçu karyerasını bitirdikdən sonra nə edəcəyi barədə danışıb.
Publika.az xəbər verir ki, o, hələ bu barədə heç nə düşünmədiyini bildirib:
“Karyeramı bitirdikdən sonra nə edəcəyimi hələ düşünməmişəm. Gələcəyi düşünmədən hər gündən, hər andan həzz almağa çalışıram. Hələ heç nə aydın deyil. Ümid edirəm ki, bir müddət də oynayacam və bu mənim xoşuma gəlir. Zamanı gələndə mütləq zövq alacağım yeni rol tapacam.
Bəxtim gətirdi ki, bir oyunçu kimi bütün arzularıma çata bildim. Daha çoxunu edə bilmədim. Mən indiyə qədər Allahın mənə bəxş etdiyi hər şeydən həzz almağa çalışıram. O, mənə çox şeylər bəxş etdi”.
Heybət