La Liqanın rəhbəri Xavyer Tebas Lionel Messinin "Barselona"ya qayıtması barədə danışıb.
Publika.az xəbər verir ki, ispaniyalı funksioner "Marca"ya açıqlamasında bunu mümkün hesab edib:
“Messinin “Barselona”ya olan sevgisi və kataloniyalıların Leoya olan istəkləri səbəbindən mən geri dönüşün ehtimalının olduğunu düşünürəm. Belə bir bağlılıq olanda pul məsələsi arxa plana keçir. Messi klub üçün maliyyə problemi olmayacaq. Görürəm ki, geri dönüş mümkündü. Çünki o vaxt Messi karyerasını “Barsa”da bitirmək istəyirdi.
Lakin Messi ailəsi xatirinə başqa ölkəyə köçmək qərarına gəlib. Çünki övladlarının dil öyrənməsi vacibdir. Bir-birlərinə çox bağlı olduqları üçün geri dönüşün yaxın olduğunu gördüm”.
Heybət