Xavi baş məşqçisi olduğu "Barselona"nı cari mövsüm sonunda deyil, daha tez tərk edə bilər.
Publika.az xəbər verir ki, jurnalist İnyaki De Linosun sözlərinə görə, Kataloniya klubunun rəhbərliyi onun qarşısına La Liqada "Osasuna", "Alaves", "Qranada" və "Selta"ya qarşı baş tutacaq növbəti 4 matçda qalib gəlmək vəzifəsi qoyub. İspaniyalı mütəxəssis uğursuz olarsa, qovulacaq.
Onun yerinə gələcək məşqçinin adı da bəllidir Əsas namizəd qadınlardan ibarət milli komandanın məşqçisi Conatan Qiraldesdir.
Qeyd edək ki, La Liqanın 21-ci turundan sonra "Barselona" 44 xalla 3-cü pillədə qərarlaşıb.
Heybət