Bundesverin baş müfəttişi Karsten Breuer Almaniya Müdafiə Nazirliyinin Ukraynaya yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri general-mayor Kristian Freydinqin müşayiəti ilə gizli şəkildə Kiyevə səfər edib.
Publika.az xəbər verir ki, "Bild"in məlumatına görə, onlar Ukraynaya fevralın 8-də prezident Vladimir Zelenskinin fərmanı ilə vəzifəsindən azad edilən Respublika Silahlı Qüvvələrinin (AFU) Ali Baş Komandanı Valeri Zalujnının şəxsi dəvəti ilə gəliblər.
Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, tərəflər “cari ehtiyaclar və gələcək hərbi çağırışlar haqqında fikir mübadiləsi aparıblar”. Nəşr yazıb ki, Kiyev belə səfərlər barədə məlumatları həmişə gizli saxlayıb.
Əvvəllər Qərbdə Zalujnının işdən çıxarılması Zelenskinin “böyük qumarı” adlandırılırdı. "Reuters" yazıb ki, onun istefası 1000 kilometrlik cəbhə boyu qoşunların mənəviyyatına zərbə vura bilər.
Cəmilə