Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Roberto Mançinin yenidən İngiltərədə işləmək ehtimalı var.
Publika.az xəbər verir ki, italiyalı mütəxəssis “Nyukasl”ın sükanı arxasına keçə bilər. Bu barədə “apnew.com” məlumat yayıb.
"Sağsağanlar"ın bu ölkənin Suveren Fonduna (PİF) məxsus olması bu məsələdə böyük rol oynayır. İtalyan mütəxəssis "dumanlı albion"a qayıtmağa razılıq versə, millidən ayrılacaq.
Qeyd edək ki, Mançini “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının, İtaliya yığması ilə isə Avropa çempionatının qalibi olub.
Heybət