Ermənistan Azərbaycan tərəfinin “Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab göndərib.
Qütb.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan açıqlama verib.
Onun sözlərinə görə, söhbət “Sülh müqaviləsi” layihəsi ilə bağlı təkliflərin 8-ci redaksiyasından gedir.