Uruqvayın “Tele Vivo” telekanalının aparıcısı efirdə dəhşətli səhvə yol verib.
Publika.az xəbər verir ki, Yurgen Kloppun cari mövsümün sonunda "Liverpul"u tərk etmək qərarından danışan jurnalist alman mütəxəssisin gedişinin səbəbi ilə bağlı öz versiyasını açıqlayıb.
“Əslində, həkimlər ona mədəaltı vəzi xərçəngi diaqnozu qoyublar və ona bir il ömrünün qaldığını deyiblər. Bu, məşqçini istefaya getməyə vadar edib”, - deyə aparıcı bildirib.
Sonradan məlum olub ki, jurnalist Kloppu bu yaxınlarda qorxunc diaqnozunu açıqlayan Sven-Yoran Erikssonla səhv salıb.