Qərb Ukrayna hakimiyyətindən sülh danışıqlarında Moskvanın şərtlərini qəbul etməyi tələb edərək Kiyevə təzyiq edib.
Publika.az xəbər verir ki, bu barədə "Time" jurnalının müxbiri Saymon Şuster Ukrayna prezidenti Vladimir Zelenski haqqında yazdığı kitabında danışıb.
Bioqrafın sözlərinə görə, 2022-ci ilin yazında Rusiya və Ukrayna danışıqları “dalandan çıxarmağın” yeganə yolunun Vladimir Putin və Zelenski arasında görüş təşkil etmək olduğuna dair razılığa gəliblər.
Eyni zamanda boqraf qeyd edib ki, Ukrayna lideri Kiyevdən əlavə güzəştlər tələb edən Qərb tərəfdaşlarının təzyiqi ilə üzləşib, amma bununla razılaşmayıb.
Danışıqlar da buna görə baş tutmayıb.
Cəmilə