Şimali Koreya ballistik raketi sınaqdan keçirib.
Publika.az xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.
Yaponiya patrul gəmiləri bölgədəki gəmiləri onlara yaxınlaşmamağa və raket qalıqları aşkar etdikdə dərhal səlahiyyətli qurumlarla əlaqə saxlamağa çağırıb.
Mühafizə xidməti raketin çox güman ki, artıq düşdüyünü bildirib.
Balistik raket orta mənzilli raketlər sinfinə aiddir.