11.01.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Bu ölkənin qaz ehtiyatları təhlükəli dərəcədə azaldı: cəmi bir həftəlik...

11 yan 2025 04:00
GÜNDƏM
ads
Advertisement

Böyük Britaniyanın ən böyük qaz saxlama obyektinin operatoru olan “Centrica” şirkəti Britaniyada qaz ehtiyatlarının təhlükəli həddə azaldığını və soyuq hava şəraitindən sonra ölkənin cəmi bir həftəlik qaz tələbatını qarşılayacaq səviyyədə olduğunu bildirib.

QÜTB.AZ xəbər verir ki, şirkətin məlumatına görə, Böyük Britaniyanın qaz saxlama obyektlərindəki ehtiyatlar ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz azdır.

Bu da anbarların təxminən yarı dolu olması deməkdir. Bu vəziyyət Böyük Britaniyanın cəmi bir həftəlik qaz tələbatını ödəyə biləcəyini göstərir.

“Biz enerji sistemimizdə qaz ehtiyatı saxlama roluna görə Avropadan fərqlənirik və bu fərqin nəticələrini indi daha aydın şəkildə görürük”, – deyə “Centrica”nın icraçı direktoru Kris Oşea vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniya evlərin istilik təchizatı üçün əsasən qaza güvənir və eyni zamanda elektrik enerjisinin istehsalında da qazdan geniş istifadə edir.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
138 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur