15.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Moskvadan xəbərdarlıq: Dünya xəritəsində yeni qaynar nöqtə yaranacaq

09 fev 2024 08:00
GÜNDƏM
ads
Advertisement

Dünya xəritəsində Qəzza zolağından başqa Balkanlarda da yeni qaynar nöqtə görünə bilər.

Publika.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

Daimi nümayəndənin müavininin sözlərinə görə, Balkanlarda münaqişə özünü Kosovo elan edən hakimiyyətin serblərə qarşı hərəkətləri səbəbindən alovlana bilər:

“Təəssüf ki, İsrailin bütün gücü ilə fələstinliləri oradan sıxışdırıb çıxarmağa çalışdığı Qəzzadakı qaynar nöqtəyə yaxın gələcəkdə başqa bir nöqtə əlavə oluna bilər - Kosovo hakimiyyətinin oxşar şəkildə hərəkət etdiyi Balkanlarda etnik serblərə qarşı dəhşətli etnik təmizləmə kimi”.

Polyanski vurğulayıb ki, hazırda Kosovo və Metohiyada “əsl etnik təmizləmə ilə soyuq assosiasiyalar doğuran” siyasət aparılır, lakin Qərb ölkələri təssüf ki, bunu hiss etmirlər.

Diplomat bildrib ki, Moskva BMT Təhlükəsizlik Şurasının (TŞ) digər üzvlərini “Kosovo serblərini qorumaq üçün təcili tədbirlər görməyə və Priştinadan onlara qarşı təqiblərə son qoyulmasını, o cümlədən bütün ayrı-seçkilik tədbirlərinin ləğvini tələb etməyə” çağırır. Rusiya rəhbərliyi əmindir ki, bu münaqişənin həllinin yeganə yolu BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsi əsasında Belqrad və Priştina arasında davamlı qarşılıqlı məqbul beynəlxalq hüquqi həllin işlənib hazırlanmasından keçir.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur